DİN: “AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub”

DİN: "AXCP fəalı aliment öhdəliyindən yayındığı üçün tutulub"

AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: “Onun saxlanılmasında siyasi motiv yoxdur”.