Ordumuz bu kənddən geri çəkilib? – Erməni sakin danışdı

Ordumuz bu kənddən geri çəkilib? - Erməni sakin danışdı

“Azərbaycanlılar Dığ (Teq) kəndi ərazisində yerləşdikləri mövqelərdən bir metr belə geri çəkilməyiblər”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanla Ermənistan arasında şərti sərhəddə yerləşən Dığ (Teq) kənd sakini Masis Zeynalyan deyib.

O, Zəngəzurun qubernatoru Robert Qukasyanın Ermənistan parlamentində Azərbaycan hərbçilərinin ərazidən geri çəkilməsi ilə bağlı açıqlamasına münasibət bildirib:

“Dığ kəndində azərbaycanlıların yerləşdiyi mövqelərdə geriçəkilmənin şahidi olmamışıq. Vəziyyət neçə aydır ki, eynidir, heç bir dəyişiklik yoxdur. Kənddəki əsas sahələrə nəzarət onlardadır”.

Ordumuz bu kənddən geri çəkilib? - Erməni sakin danışdı

Ayşən Mustafa
Globalinfo.az