Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… – SORĞU

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Artıq bir neçə gündür ki, Milli Məclis tətilə buraxılıb. Belə ki, parlament iyul ayının 15-dən avqust ayının 30-dək işinə fasilə verib, yəni deputatlar hazırda məzuniyyətdədirlər.

Onlar bu müddəti necə dəyərləndirirlər? Millət vəkilləri bu müddəti şəxsi istirahətə, yoxsa seçicilərlə görüşlərə və bölgələrdəki problemlərlə tanışlığa sərf edəcəklər?

Globalinfo.az məsələ ilə bağlı deputatlar arasında sorğu keçirib.

Aqil Abbas bildirib ki, ailəsi ilə birlikdə Qarabağa səfər etməyi planlaşdırır:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Aqil Abbas

“Bakıda olacam. Bundan başqa Qarabağa gedəcəyik. Başqa ölkəyə getmək bardə planımız yoxdur”.

Elman Məmmədov daha çox Xocalıda olacağını qeyd edib:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Elman Məmmədov

“Azərbaycandan kənara çıxmaq fikrim yoxdur. Bölgələrimizdə, xüsusilə də Qarabağda – doğma Xocalıda, Xankəndidə, Şuşada və digər ərazilərimizdə olacağam. Daha sonra Goranboya gedəcəyəm. Qalan günləri isə Bakıda evimdə dincələcəm”.

Hikmət Babaoğlu Qars şəhərinə toya dəvət aldığını bildirib:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Hikmət Babaoğlu

“Məzuniyyətimin ilk həftəsini Şuşada keçirəcəm. Hər gün oradan azad edilmiş bir bölgəyə səfər etməyi planlaşdırıram. Bu səfərlə ailəmlə birlikdə 30 illik həsrətdən sonra doğma torpaqlarımızı görmək və bu qüruru yaşamaq istəyirəm. Daha sonra 16 avqustda Qars şəhərində keçiriləcək bir toya dəvətliyəm. Qars Bələdiyyəsinin başqanı Ötükən Səngər bəy ilə birgə həmin toyda şahidlik edəcəyik. Evlənən adam vaxtilə Azərbaycanda Atatürk Liseyində müəllimlik etmiş bir şəxsin övladıdır. O, həm də mənim övladlarımın sinif yoldaşı olub və hıska türklərindəndir. Bu da bizim üçün önəmlidir. Çünki toya qatılmaqla böyük Vətən anlayışını, Azərbayca-Türkiyə qardaşlığını, tariximizin və mədəniyyətimizin ortaq izlərini bir daha dərk edəcəyik. Qarsda olduğum müddətdə Ani xarabalıqlarını və Avamat (Ağvanat) kilsəsini də ziyarət etməyi düşünürəm. Avamat kilsəsi Azərbaycan mədəniyyət tarixinin və xristian qıpçaq irsinin mühüm abidələrindən biridir. Kilsənin üzərində daş qabartma şəklində işlənmiş göy ox simvolunu bir daha diqqətlə incələmək niyyətindəyəm. Bu simvolun mənşəyi və məna yükü ilə bağlı daha geniş tədqiqat aparmaq, qayıtdıqdan sonra bu barədə elmi-publisistik bir məqalə yazmaq istəyirəm”.

Məlahət İbrahimqızı isə istirahətlə bağlı konkret plan qurmadığını deyib:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Məlahət İbrahimqızı

“Hazırda Bakıda öz evimdəyəm. Heç yerə getməmişəm. Düzü, hər hansı bir planım yoxdur”.

Elman Nəsirov həm istirahət edəcəyini, həm də seçicilərlə görüşlər keçirəcəyini bildirib:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Elman Nəsirov

“Bu həftədən başlayaraq ailəmlə birlikdə Şahdağda sanatoriyada dincələcəyik. Bir az müalicə olunmaq lazımdır. Yaxşı işləmək üçün mütləq istirahət vacibdir. Çünki ilboyu zehni əməklə çox məşğul oluruq. Ondan sonra ata yurdum Cəlilabada gedəcəyəm. Orada olduğum müddətdə seçicilərimlə də görüşəcəyəm. Hər zaman istirahətlə işin arasında harmoniya tapmağa çalışıram”.

Deputat Jalə Əliyeva daistirahətlə bağlı dəqiq planının olmadığını deyib:

Deputatlar tətildə: Kimisi toyda, kimisi sanatoriyada, kimisi evdə… - SORĞU

Jalə Əliyeva

“Hələ ki, Bakıda bağ evindəyik. Yaxın vaxtlarda Zərdab rayonuna gedib görüşlər keçirəcəm. Hələlik planlar bu şəkildədir. Xüsusi nəsə yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az