Dələduzluqda ittiham edilirdi: həbsxanada ölü tapıldı

Dələduzluqda ittiham edilirdi: həbsxanada ölü tapıldı

Kriptovalyuta birjası Thodex-in qurucusu Faruk Fatih Özər həbsxanadakı tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə tapılıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Faruk Farih Özer qurduğu Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özər, qaçdığı Albaniyada 2022-ci il avqustun 30-da yaxalanaraq Türkiyəyə gətirilmişdi.

Onun barəsində “cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq”, “dələduzluq” və “əmlak dəyərlərini leqallaşdırmaq” kimi ittihamlarla 11 min 190 il 6 ay həbs cəzası tələb olunurdu.