“Bütün ermənilərin katolikosu II Qaregin heç vaxt taxtdan əl çəkməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Gevorq Danielyan deyib.
Onun sözlərinə görə, apostol kilsəsinin patriarxının yenidən seçilməsi vəzifəsini qarşıya qoyanlar başa düşməlidirlər ki, söhbət təkcə Ermənistan sakinlərinin yox, bütün ermənilərin katolikosundan gedir.
“Mən əminəm ki, patriarx heç vaxt taxt-tacdan əl çəkməyəcək. Görünür, erməni hakimiyyəti bundan xəbərdar deyil. Katolikos heç vaxt belə bir addım atmayacaq. Kilsədə hamı başa düşür ki, bu, dünyəvi struktur deyil. Erməni apostol kilsəsinə qarşı aparılan kampaniya Ermənistanın üzləşdiyi ciddi geosiyasi problemləri ört-basdır etmək üçündür. Hakimiyyət xalqın üzərinə yalançı gündəm yeritdiyi bir vaxtda real problemlər ictimaiyyətin nəzərindən qaçır”, – Danielyan vurğulayıb.
Əliyar Xəlil,














