Danielyan sərt danışdı: Siz klounsunuz!

“Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan parlamentin iqtidaryönlü deputatlarını kloun adlandırıb.

Globalinfo.az xəbər verir ki, Danielyan deputatların bir-birilərini təhqir etməklə heç nəyə nail ola bilməyəcəklərini deyib.

“Heç özünüzə sual vermisiniz ki, siz kimsiniz? Siz həm artıq yeyən, həm də klounsunuz”, – Danielyan bildirib.

O, parlamentin qarşılıqlı təhqir məkanına çevrilməsinə görə vətəndaşlardan üzr istəyib.

“Mənim üçün bu mandatın, bu kreslonun heç bir dəyəri yoxdur. Bunların heç biri ölkəmdən dəyərli deyil. Mən yüz dəfə düşündüm və bu mandata ehtiyac olmadığını anladım. Parlamentdə bir dəqiqə belə qalmaq istəmirəm, mənim üçün mandat dəyərsizdir”, – Qarnik Danielyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az