Daha Ukraynaya milyardlar xərcləmək istəmirik – Tramp

Daha Ukraynaya milyardlar xərcləmək istəmirik – Tramp

ABŞ daha Ukraynaya yüz milyardlarla dollar xərcləmək istəmir. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqton ilk növbədə Ukraynada qan tökülməsinin qarşısını almağa çalışır.

“Bu münaqişə rusiyalıların, ukraynalıların canlarını alır. Onlar da sizin kimi insanlardır. O insanlar. Biz bunu dayandırmaq istəyirik. Eləcə də milyard dolları, yüz milyardlarla dolları dağıtmaq istəmirik. Biz artıq Ukraynaya 350 milyard dollar xərcləmişik. Səbəb olmadan… Əgər mən prezident olsaydım (əvvəlki dönəm nəzərdə tutulur – red.), bu müharibə heç zaman baş verməyəcəkdi”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az