“Daha neçə uşaq qətlə yetirilməlidir?” – Məşhur aktrisa “OD PÜSKÜRDÜ”

"Daha neçə uşaq qətlə yetirilməlidir?" - Məşhur aktrisa "OD PÜSKÜRDÜ"

“Mona Liza Gülüşü”, “Diana” və “Truly, Madly, Deeply” kimi bir çox dünyaca məşhur film və seriallarda rol alan britaniyalı aktrisa Cülyetta Stevenson Qəzzadakı vəziyyətə səssiz qala bilməyib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktrisa öz hisslərini bu cür ifadə edib: “Belə bir vəziyyətdə burada səssizcə dayansaydım, o zaman  güzgüdə özümə baxa bilməzdim”, – aktrisa bildirib.

Britaniya teatrının ən prestijli mükafatlarından olan “Ən yaxşı aktrisa üçün Laurens Olivier mükafatını” alan məşhur Londonda səhiyyə işçilərinin Fələstin üçün təşkil etdiyi dinc yürüşə də qatılıb. O, Qəzzada qətlə yetirilən insanlar üçün bu yürüşdə iştirak etdiyini və etiraz bildirdiyini vurğulayıb. İsrailin hücumuna məruz qalan Qəzzaya diqqət yönəldən Stevenson fikirlərini bu cür dilə gətirib:

“Mənim 67 yaşım var və dünyada çox sayda vəhşiliklər görmüşəm. Lakin indi gördüyümüz vəhşiliyin miqyası yoxdur.  Daha neçə uşaq qətlə yetirilməlidir?”, – məşhur aktrisa qəzəbini gizlətməyib.  Dünyaca məşhur aktrisa Fələstin xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az