Daha iki tiktoker həbs olundu

Daha iki tiktoker həbs olundu

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Tamilla Mehdiyeva həbs edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tiktok əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

***14:21

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Globalinfo.az bildirir ki, Lent.az-ın məlumatına görə, Əlizadə Əsgər Səməndər oğlu barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsilə cinayət işi başlanıb.

Hazırda araşdırma aparılır.