Kolumbiyada “Karlos Patino” adlı üsyançı qruplaşma ordusunun 57 hərbçisini girov götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Dörd zabit və 53 əsgər azadlıqdan məhrum edilib. Bu hərəkət onların fundamental hüquqlarının kobud şəkildə pozulması olmaqla yanaşı, Kolumbiya dövlətinə qarşı açıq təhqirdir,” – nazirlik açıqlayıb.














