ABŞ-ın Kaliforniya ştatında güclü yanğınlar baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, sakinlər alovdan xilas olmaq üçün evlərini tərk edirlər.
“Təyyarələrin dəstəyi ilə yanğınsöndürənlər bütün gecə sürətlə yayılan alovla mübarizə aparıblar. Yanğının söndürülməsi hələ də davam edir.
Bir çox ərazilərdə evakuasiya əmrləri qüvvədədir, sakinlər və ev heyvanları üçün sığınacaqlar açılıb. Yanğınların səbəbləri hələlik məlum deyil”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az














