Daha bir Avropa ölkəsində müharibə başlayacaq – “Tovariş general”

“Nə qədər qanmaz olmalısan ki, iqtisadiyyatının 70%-i Avrasiya İttifaqından asılı olduğu halda Avropa İttifaqına üzvlüklə bağlı ciddi addım atasan”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Rusiyanın “Tovariş general” Telqram kanalında qeyd edilib.

“Postsovet ölkəsinin AB üzvü olması rusofobiyanın alovlandırılması deməkdir. Rusofobiya isə konfliktlər və müharibə deməkdir. Gürcüstan və Ukrayna bu “xoşbəxtlikdən” artıq “bəhrə” götürüblər. Növbədə Moldovadır. 25 iyunda onlar üzvlüklə bağlı danışıqlara başlayırlar, 20 oktyabrda isə avrointeqrasiya ilə bağlı referendum keçirəcəklər. Artıq indidən Qaqauziya və Dnestryanıda narazılıq başlayıb və bu, vətəndaş müharibəsi vəd edir”.

Kanal yazır ki, Ermənistanın avrointeqrasiya addımları AB-yə real üzvlük üçün yox, siyasi platforma yaratmaqdan ötrü lazımdır:

“Bu da Ermənistanla Rusiyanın əlaqələrini məhv edir. Rasmussen və digər bütün qərbliləri erməni iqtisadiyyatının Avrasiya İttifaqından ayrıldıqdan sonra dağılması narahat etmir. Dağılmış “Suriya 2” Cənubi Qafqazın mərkəzində… Bu, İran və Gürcüstanı qarışdırmaq, Rusiya sərhədlərində yeni yanğınları alovlandırmaq üçün yaxşı plasdarm ola bilər”.