Daha 6 israilli girov azad ediləcək

Daha 6 israilli girov azad ediləcək

Daha 6 israilli girov fevralın 22-də azad ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bundan başqa, daha dörd girovun meyiti təhvil verilməlidir.

“Qahirədə keçirilən danışıqlar zamanı şənbə günü 6 girovun azad edilməsi barədə razılığa gəlinib. Cümə axşamı isə dörd girovun meyiti təhvil veriləcək. Razılığa əsasən, növbəti həftə daha dörd girovun meyiti İsrailə veriləcək”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, yanvarın 19-dan etibarən İsrail və HƏMAS arasında atəşkəs barədə razılıq qüvvəyə minib və tərəflər girov-məhbus mübadiləsinə başlayıb.

Aysel Əliyeva
Globalinfo.az