Dağıstanda güclü külək minlərlə sakini işıqsız qoyub

Dağıstanda güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin teleqram kanalında məlumat verilib.

“Dağıstanda sürəti 25 m/s-ə çatan güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub. Saat 18:00-a olan məlumata görə, 57 yaşayış məntəqəsində 127 mindən çox istehlakçı işıqsız qalıb”, – məlumatda deyilir.

İdarədən verilən məlumata görə, qəza-bərpa işlərinə 30 briqada – 89 nəfər və 31 xüsusi texnika cəlb olunub.

Dağıstanın güclü küləklə əlaqədar bəzi qurumlar xüsusi iş rejiminə keçiblər.