Dağıntı altında möcüzəvi mübarizə: əqli qüsurlu gənc 155-ci saatda xilas oldu – FOTO

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Hatayın Antakya rayonunda 23 yaşlı əqli qüsurlu Hüseyn Seferoğlu dağıntılar altından xilas edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, istinadən bildirir ki, zəlzələdən zərər çəkən Antakyada axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Zəlzələnin 155-ci saatında əqli qüsurlu olduğu bildirilən 23 yaşlı Hüseyn Seferoğlu Jandarma Axtarış-Xilasetmə qruplarının səyləri ilə dağıntıları altından xilas edilib.

Səhiyyə personalına təhvil verilən Seferoğlu müalicə altına alınıb.