“CRCT Qazaxıstan”ın nümayəndələri Bakı Limanında – FOTOLAR

“CRCT Qazaxıstan”ın nümayəndələri Bakı Limanında - FOTOLAR

Sentyabrın 10-da AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov “CRCT Qazaxıstan” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi) beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az bildirir ki, görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq və Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub.

Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.

Bir 4 nəfər, kostyum və mətn şəkili ola bilərBir 3 nəfər və mətn şəkili ola bilərBir 2 nəfər və mətn şəkili ola bilər