“Tramp debat zamanı Kamala Harrisin təxribatlarına uyub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın yaxın ətrafına istinadən məlumat yayıb.
Trampın tərəfdarları və müşavirləri etiraf edirlər ki, o, rəqibi Kəmalə Harrislə debat zamanı təxribatlara uyub. Buna görə də müzakirəni rəqibinə qarşı yönəldə bilməyib.
“Harris bəzi məqamlarda Trampı əsəbiləşdirərək onu özünə qarşı hücuma məcbur etdi. Tramp isə söhbəti noyabr seçkiləri ərəfəsində həqiqətən vacib olan mövzulara, xüsusən də iqtisadiyyat və inflyasiyaya yönəldə bilmədi. Üstəlik, moderatorlar da Harrisə bu mövzularla bağlı kifayət qədər suallar vermədilər. O, inflyasiya və Meksika sərhədindəki gərginliklə necə davranacağına dair heç bir söz demədi”, mənbə vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














