Cənubi Koreyanın Pusan şəhərinin hava limanında göyərtəsində sərnişinlərin də olduğu təyyarə qəfildən alışmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, “Yonhap News” məlumat yayıb.
Hadisə zamanı təyyarədə 169 sərnişin və 7 ekipaj üzvü olub. Təyyarə Honkonqa uçuşa hazırlaşan zaman quyruq hissədə qəfildən yanğın başlayıb. Sərnişinlər və ekipaj üzvü dərhal təxliyə edilib, xəsarət alan olmayıb.
Əliyar Xəlil














