Türkiyədə son beş gündə 81 vilayətdə “Çəmbər-11” adlı əməliyyat keçirilib.
Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxil işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, son beş gündə 81 vilayətdə həyata keçirilən əməliyyatlar nəticəsində axtarışda olan 3209 qaçaq tutuldulub.
“Mən istəyirəm ki, əziz xalqım bilsin, qaçan cinayətkarların küçələrimizdə sərgərdan gəzməsinə heç vaxt icazə verməyəcəyik”, – nazir əlavə edib.