Cəlilabadda su bəndində faciə: Birinin 16, digərinin 20 yaşı var idi… – FOTO / TƏFƏRRÜAT

Cəlilabadda su bəndində faciə: Birinin 16, digərinin 20 yaşı var idi... - FOTO / TƏFƏRRÜAT

Birinin 16, digərinin 20 yaşı var idi: Su bəndindən cansız bədənləri çıxarılan Nihat və İbrahimin FOTOLARI

Cəlilabadda su bəndində boğulan gənclərlə bağlı yeni detallar məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə 2008-ci il təvəllüdlü Nihatın qoyunları sulayarkən bəndə yıxılması ilə başlayıb. Onun köməyinə yürüyən digər kənd sakini 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya baş vurub.

Su üzərində hər iki şəxs çapaladıqdan sonra görünməz olduqda hadisəni uzaqdan izləyən şəxslər yürüyərək suya daxil olublar. Könüllü suya daxil olan sakinlər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qurumların nümayəndələri çağırılıb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İbrahim Həsənovun meyitini sudan çıxarıb. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıb.

Su bəndindən cansız bədənləri çıxarılan Nihat və İbrahimin fotolarını təqdim edirik:

Cəlilabadda su bəndində faciə: Birinin 16, digərinin 20 yaşı var idi... - FOTO / TƏFƏRRÜAT Cəlilabadda su bəndində faciə: Birinin 16, digərinin 20 yaşı var idi... - FOTO / TƏFƏRRÜAT

***

Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***15:27

Cəlilabadda su bəndində iki nəfər boğulub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Su bəndində boğulan şəxslərin kimliyi də məlum olub.

Həmin şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlilabadda su bəndində faciə: Birinin 16, digərinin 20 yaşı var idi... - FOTO / TƏFƏRRÜAT