Cəlilabadda məktəbdə istiliyin verilməməsinin səbəbi

Cəlilabadda məktəbdə istiliyin verilməməsinin səbəbi

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Globalinfo.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.

“Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” – deyə məlumatda qeyd olunub.