Dünyaca məşhur italiyalı müğənni və aktyor Adriano Çelentanonun sosial şəbəkələrdə yayılan yeni fotosu maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, fotonu ilk “Primo Ascolto” jurnalı paylaşıb.
Nadir hallarda ictimaiyyət qarşısına çıxan Çelentanonun xüsusilə eynəksiz olması diqqət çəkib.
Bir zamanların əfsanəvi aktyor və müğənnisinin yaşlılıq görüntüsü onu sevənləri duyğulandırıb.
Qeyd edək ki, Adriano Çelentano aktyorluq karyerasını 1992, musiqi karyerasını isə 2019-cu ildə sonlandırıb.
Əliyar Xəlil
Globalinfo.az














