Türkiyədə “Cəhənnəm Necati” ləqəbli məşhur kriminal avtoritet Necati Coşkun Arabacı saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı İzmir Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, o, Adnan Menderes adına Hava Limanında tutulub.
“Çirkli pulların yuyulması, reketçilik, narkotik və silah qaçaqmalçılığı kimi bir çox qanunsuz fəaliyyətdə iştirak etdiyi iddia edilən Arabacı ilə bağlı geniş bir fayl hazırladığı öyrənilib”, – deyə Türkiyə KİV-ləri qeyd edib.
Xatırladaq ki, 53 yaşlı Arabacı İnterpol tərəfindən axtarışda idi.
Əliyar Xəlil
Globalinfo.az
