Çeçenistandakı universitetə görün kimin adını verəcəklər

Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

“Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin – Vladimir Putinin adını daşıyacaq”, – Kadırov bildirib.