Cəbrayılda yük maşını minaya düşdü: sürücü ağır yaralandı

Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.

Qeyd edilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etmək, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaq və bələd olmadıqları ərazilərə daxil olmamaqla çağırış edib.