***10:55
Ankara İrəvanla normallaşma prosesində erməni tərəfinin təkcə sözdə yox, işdə də səmimi olmasını istəyir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz gözləyirik ki, sülhə doğru səmimi addımlar atılacaq. Son zamanlar təəssüf ki, geriyə doğru addımlar müşahidə edirik. Bu gün Blinken dedi ki, Paşinyan səmimidir, amma biz bunu təkcə sözdə yox, əməldə də görmək istəyirik”, – o bildirib.
Çavuşoğlu Bakı və Ankaranın normallaşma prosesində tam səmimi olduğunu söyləyib:
“Rahatlıqla qardaş, can Azərbaycanın adından da deyə bilərəm: Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir”.














