Cavanşir Abbaslı imza vərəqələrini DSK-ya təqdim etdi

Cavanşir Abbaslı imza vərəqələrini DSK-ya təqdim etdi

Ağ Partiyanın 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Cavanşir Abbaslı namizədliyinin təsdiqlənməsini gözləyir. 2 günə 500 imza yığan millət vəkilliyinə iddiaçı artıq imzatoplama vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib.

Globalinfo.az danışan C.Abbaslı imzatoplama kampaniyasında böyük uğura imza atdıqlarını deyib:

“Öncəliklə seçki komandama, namizəd olmağım üçün imza verən hər kəsə minnətdarlığımı bildirirəm. Fədakarlıq göstərdilər. Etiraf edək ki, hazırda yay fəsli və digər səbəblərdən ölkəmizdə siyasi passivlik hökm sürür. Belə bir şəraitdə 2 günə tələb olunan 450+50 imza yığıldı. Sizi əmin edirəm ki, 1000-2000 imza tələb olunsaydı, onu da qısa müddətdə yığardıq. Çünki imza toplamaq üçün müraciət edən fədakar yerlilərim var idi, onlar bu gün də seçki kampaniyamın fədakar üzvlərindən sayılırlar. Eyni zamanda, imza vermək üçün müraciət edən yüzlərlə Gədəbəy sakinləri var, bu mərhələdə iştirak edə bilmədikləri üçün təəssüflənirlər, amma 1 sentyabrda hər biri məntəqələrə gedib, səslərini namizədlərinə verəcəklərini bildirirlər. Müşahidəçim olmaq üçün çoxsaylı insanlar arasında artıq seçim aparıram, onlara hansı məntəqələrin uyğun olması barədə dəqiqləşdirmələr edirəm. Seçki komandam 2 günlük imzatoplama kampaniyasında formalaşıb. Komandanızın sıraları hər gün genişlənməkdədir, dəstək üçün müraciətlər olunur, artıq ata-baba yurdum Seçki Qərargahıma çevrilib. Hər kəs 1 sentyabrda gücümüzü görəcək”.

Zaira Akifqızı
Globalinfo.az