Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elməddin Nuriyev üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, E.Nuriyev Yasamal rayonu ərazisində Cənubi Afrika Rspublikası (CAR) vətəndaşı olan Adams və Vilyams adlı şəxslərin onu aldadaraq külli miqdarda pul aldığını bildirib.
Şikayətçi Bakı şəhər Baş Polis İdarəsinə təqdime tdiyi ərizədə qeyd edib ki, həmin şəxslər vəd verərək ümumilikdə 130 min dollar alaraq aradan çıxıblar.
Şikayət ərizəsi ərazi üzrə Yasamal rayon Polis İdarəsinə göndərilib.
Araşdırma aparılır.
Malik
Globalinfo.az














