
Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərdən də təsirsiz ötüşməyib.
Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.
Sözügedən görüntüləri təqdim edirik:














