Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və ali fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Bu gün heç kimə sirr deyil ki, dünyanın bütün ölkələrində Azərbaycanın adı çəkilən zaman insanların ağlına gələn ilk sözlərdən biri “Sevimli lider İlham Əliyev” olur. Hər kəs anlayır ki, bu adı və xalqın rəğbətini qazanmaq yalnız illər boyu çəkilən zəhmət, mahir idarəçilik və verilən hər bir sözün yerinə yetirilməsi ilə mümkündür. Bu sevginin, rəğbətin hər gün daha da artması Sizin hər liderin sahib ola bilmədiyi mükəmməl xarakterinizdən və qətiyyətliliyinizdən irəli gəlir. Məhz bu səbəbdən Siz həm siyasi müstəvidə, həm də qeyri-siyasi arenada xüsusi sevgi və rəğbət qazanan əvəzsiz lider kimi tanınırsınız.
Siz beynəlxalq siyasətdə strateji gedişləri ilə hər zaman diqqət mərkəzində olan, nəyi nə zaman edəcəyini çox yaxşı bilən güclü bir siyasətçi kimi tanınırsınız. Ulu Öndər Heydər Əliyevin ideyalarını və dövlətçilik irsini yaşadaraq hər addımınızla Ümummilli Liderin layiqli davamçısı olduğunuzu sübut edirsiniz.
Cənab Prezident, yeni Azərbaycanımızı dünya arenasında “Sevimli lider İlham Əliyev” adı ilə sevgi və hörmətlə tanıtdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi həm öz adımdan, həm də hər zaman diqqətinizi və qayğınızı hiss edən ailəmiz adından bir daha ürəkdən təbrik edirəm.
Hörmətlə,
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Tibb elmləri doktoru, professor”














