Tibbi-meteoroloji xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyi, soyuq temperatur diskomfort hava şəraitini kəskinləşdirəcək.
Buna görə də meteohəssas insanlara səhhəti ilə bağlı diqqətli olmaları tövsiyə olunur.














