İslandiyanın paytaxtı Reykyavik yaxınlığında yerləşən Qrindavik şəhəri tezliklə vulkan püskürməsi nəticəsində məhv ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Avronyus” yazıb.
Bildirilib ki, zəlzələlərdən sonra ərazidəki vulkanlar aktivləşib. Bu səbəbdən şəhərdə təhlükəsizlik tədbirləri görülüb, əhali təxliyə edilib.














