Bu, Paşinyanın baş nazir kimi son səfəri olacaq – Qalstanyan

“Paşinyan Ermənistanın Baş naziri kimi sonuncu dəfə “Sardarapat” xatirə kompleksinə gedəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

“Biz “Sardarapat”a 28 mayı, əsl bayramımızı qeyd etməyə gedirik. Bu bayram bizim kimliyimizin bir parçasıdır”, – deyə keşiş vurğulayıb.

Qeyd edək ki, keşiş Baqrat Qalstanyan və  tərəfdarları”Sərdarapat”a 28 may Birinci Respublika Gününü qeyd etmək üçün gedib.

Müşviq Tofiqoğlu
Globalinfo.az