Bu ölkədən Rusiyaya qarşı sərt addım: Kremlin cavabı…

Avstriya iki rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avstriyanın “Die Presse” qəzeti məlumat yayıb.

Bildirilir ki, Rusiya diplomatları martın 19-na kimi ölkədən çıxarılmalıdır.

Nəşrin yazdığına görə, 2023-cü ildə Rusiyanın Vyanadakı səfirliyindən dörd diplomat çıxarılıb. Avstriya Xarici İşlər Nazirliyi daha iki rusiyalı diplomata ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, Rusiya səfirliyinin diplomatları diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Rusiya Xarici İşlər Nazirliyi Kremlin Vyananın əsassız qərarına lazımi cavab verəcəyini açıqlayıb.

Rusiya səfirliyi isə bəyan edib ki, Avstriya Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına dair heç bir sübut təqdim etməyib. Ona görə də, Moskva bu qərarın sırf siyasi olduğunu düşünür və qəti şəkildə qəbul etmir.

Əliyar Xəlil
Globalinfo.az