Bu olarsa, İran və Rusiya parçalanacaq – Ambaryan

Bu olarsa, İran və Rusiya parçalanacaq - Ambaryan

“Rusiya Zəngəzur dəhlizinin açılmasına icazə verməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan deyib.

Onun sözlərinə görə, Moskva hazırda bu dəhlizə mane olmaq əvəzinə, ona nəzarəti ələ almağa çalışır:

“Zəngəzur dəhlizi qlobal layihənin bir hissəsidir. Bu, Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin neopantürkist layihəsi ilə üst-üstə düşən Qərb məhsuludur. Vaşinqton və Ankara onu birgə reallaşdırırlar. Nəticədə bu layihə Qərb tərəfindən Rusiya və İranın parçalanması, türkdilli ərazilərin onların tərkibindən çıxması ilə bitəcək. Ona görə də Tehran bu məsələdə hamıdan çox narahatdır”.

Əliyar Xəlil
Globalinfo.az