“İsrailin Livana hücumu müharibə elanıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah deyib.
O bildirib ki, İsrail hakimiyyəti 4000-dən çox peyceri partlatmağa cəhd edib.
“Bu, o deməkdir ki, 4 min insanı öldürmək məqsədi güdülüb. Bir gün sonra radio qurğuların partladılması da eyni məqsədə xidmət edib. Livana qarşı hücumlar “terror aktı” və “kütləvi qətl”dir. Bu addımlar Livan xalqına və ölkənin suverenliyinə qarşı müharibə elanıdır”.
Hizbullah liderinin sözlərinə görə, hərəkat müxtəlif ssenariləri öyrənən istintaq komissiyaları yaradıb.
“Bütün təfərrüatlar müəyyənləşdiriləcək, lakin tələsik nəticələr çıxarmaq olmaz. Hər bir halda bu hücumlar təhlükəsizliyə ciddi zərbə vurdu”, – deyə Nəsrullah vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














