Bu görüşümüzdən sonra o, nazir təyin edildi – VİDEO

Bu görüşümüzdən sonra o, nazir təyin edildi - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı elm və təhsil naziri Emin Əmrullayevlə bağlı çox maraqlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Harmancı Bakupost-a müsahibəsində 2020-ci ildə COVİD-lə bağlı yaradılan Operativ Qərargahda Emin Əmrullayevlə birgə çalışdığını xatırladıb.

O bildirib ki, tanışlıqlarından bir-iki həftə sonra E.Əmrullayev nazir təyin edilib (E.Əmrullayev 27 iyul 2020-ci ildə nazir vəzifəsinə gətirilib – red.).

E.Əmrullayevin Harmancını təsirləndirməsinin səbəbi isə Operativ Qərargaha kovidlə bağlı məlumatların küçə-küçə gəlməsi olub. Belə ki, bütün dəqiq statistika mərkəzdə cəmləşib və E.Əmrullayev bütövlükdə Bakını deyil, virusun yayıldığı küçələri qapatmağı təklif edib.

Ətraflı videoda: