Bu, fantastikadır, müharibə başlaya bilər – Qasparyan

Bu, fantastikadır, müharibə başlaya bilər – Qasparyan

Ermənistanın indiki dövrdə BMT-yə Rusiya sülhməramlılarının sayının artırılması barədə müraciəti, sadəcə, fantastikadır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Abraam Qasparyan deyib.

“Rusiyanın Qərblə ziddiyyəti həddən artıq dərindir. Qarabağ onların maraqlarının kəsişəcəyi yer deyil. Ona görə də Ermənistan hakimiyyəti reallıqda Qarabağın təhvil verilməsi ilə bağlı müqavilə imzalayıb. Hazırkı şəraitdə kiçik bir qığılcım genişmiqyaslı eskalasiya üçün başlanğıc olmağa kifayətdir”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az