Bu ərazilərə güclü leysan və dolu yağdı: Təsərrüfata ziyan vurdu

Bu ərazilərə güclü leysan və dolu yağdı: Təsərrüfata ziyan vurdu

Günün ikinci yarısından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür.

Oğuz, Şəki, Qax və Zaqatala rayonlarına fasilələrlə yağış yağıb.

Axşam saatlarına yaxın Qax rayonu Qıpçaq kənd inzibati ərazi dairəsinə aid Qazmalar, Oncallı, Baydarlı və Tanqıt kəndlərinin ərazilərinə təqribən 7-8 dəqiqə ərzində dolu düşüb. Dolu nəticəsində çiçəkləmə fazasında olan meyvə ağaclarına dəyib.

***

Goranboya güclü yağış, daha sonra isə dolu yağıb.

Bu gün saat 21 radələrində iri buz parçları rayonun Veysli kəndində müşahidə edilib. Dolu 10 dəqiqəyə yaxın davam edib. Hələlik ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

***

Qəbələdə güclü leysan və dolu yağıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dolu və leysan nəticəsində şəxsi təsərrüfatlara və meyvə ağaclarına ziddi ziyan dəyib. Leysan və dolu 15 dəqiqə davam edib.

Bu ərazilərə güclü leysan və dolu yağdı: Təsərrüfata ziyan vurdu