Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Globalinfo.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və “Neftçi” MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.














