
Globalinfo.az xəbər verir ki, o, jurnalistlərlə söhbəti zamanı bu məsələnin qlobal miqyasda təhlükəli hala gəldiyini vurğulayıb.
“Biz immiqrasiyanı dayandırmalıyıq, əks halda Avropa qalmayacaq. İmmiqrasiya hazırda Avropanı öldürür”, – deyə Tramp sərt şəkildə bəyan edib.
Amerika lideri əlavə edib ki, Avropa ölkələri vaxtilə Ukraynaya ABŞ-dan silah tədarükünə görə ödəniş etməli idilər, lakin yalnız indi bu öhdəlikləri yerinə yetirməyə başlayıblar.
Tramp həmçinin Avropa İttifaqı ilə imzalanmış sazişə toxunaraq bildirib ki, Brüssel ABŞ-a göndərilən hərbi texnikanın dəyərinin 100 faizini kompensasiya etməlidir.
Tahir Turan
Globaıinfo.az














