BŞİH-ə yeni şöbə müdiri təyin edildi

BŞİH-ə yeni şöbə müdiri təyin edildi

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinə yeni müdir təyin edilib.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kərəm Qədirli Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil fondunun uçotu şöbəsinin müdiri təyin edilib.