Böyük Britaniya ABŞ-la əməkdaşlıq edərək hipersəs raket mühərrikini uğurla sınaqdan keçirib.
Globalinfo.az xəbər verir ki, məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi təsdiqləyib.
“Britaniyalı alimlər ABŞ-ın Virciniya ştatında NASA-nın tədqiqat mərkəzində 233 sınaq keçirib. Bu, 2030-cu ilə qədər Böyük Britaniyanın müdafiə qabiliyyətini gücləndirməli olan hipersəs silah nümayiş etdiricisini istehsal etməyi hədəfləyir”, – deyə əlavə olunub.
Mütəxəssislər etiraf edib ki, sınaqlar həmçinin Böyük Britaniya və ABŞ arasında hipersəs silahları sahəsində əməkdaşlığı gücləndirir.
Əliyar Xəlil
Globalinfo.az