“Bozqurd” qalmaqalı böyüyür: Türk səfir XİN-ə çağırıldı

"Bozqurd" qalmaqalı böyüyür: Türk səfir XİN-ə çağırıldı

Türkiyənin Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

AVRO-2024 çərçivəsində keçirilən Türkiyə – Avstriya qarşılaşmasında türk futbolçu Merih Demirel qalibiyyət sonrası “buzqurd” işarəsi göstərdiyi üçün Almaniyanın xarici işlər naziri UEFA-ya müraciət edib. XİN başçısı Nancy Faeserin tələbindən sonra futbolçu haqqında istintaq başladılıb.

İyulun 3-də Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Almaniya XİN-in Türkiyə səfirini çağırması buna cavab olaraq dəyərləndirilir.

Əliyar Xəlil
Globalinfo.az