“Boz kardinala”a pis xəbər: Hesablara giriş məhdudlaşdırıldı

“Boz kardinala”a pis xəbər: Hesablara giriş məhdudlaşdırıldı

Gürcüstanın “boz kardinalı” sayılan Bidzina İvanişvilinin xaricdə yaşayan övladlarının bank hesablarına giriş məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Formula” televiziyası çıxış edib.

Televiziya bu addımı sanksiyalardan öncəki vəziyyət adlandırıb. Məhdudiyyətlərin sadəcə ABŞ deyil, Britaniya və Avropa İttifaqındakı (Aİ) banklarda da olduğu bildirib.

ABŞ-ın Gürcüstandakı səfirliyi isə İvanişvilinin ailəsinə qarşı sanksiyaların tətbiqi ilə bağlı iddiaları təkzib edib.

Qeyd edək ki, bundan öncə “Amerikanın səsi” radiosu ABŞ-ın Bidzina İvanişviliyə qarşı sanksiyalar hazırladığına dair məlumat yaymışdı.

Əliyar Xəlil
Globalinfo.az