
İsrailin hücumları fonunda İranda gündəlik həyat davam etməkdədir. Belə ki sosial şəbəkələrdə yayılan görüntülərdə sakinlərin raket zərbələri və partlayış səsləri altında işlərinə davam etmələri və baş verənləri soyuqqanlılıqla qarşılamaları əks olunub.
Globalinfo.az xəbər verir ki, Təbriz küçələrində qeydə alınan videoda şəhərin bir tərəfinə bombalar düşür, digər tərəfində işçilər küçəyə asfalt döşəyirlər. Azərbaycan türkcəsində danışan şəxs deyir ki, bu onları qorxutmur.
Sözügedən görüntüləri təqdim edir:














