Rusiya və ABŞ arasında danışıqlar olduqca mühümdür.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin ofisindən məlumat yayılıb.
Qeyd olunub ki, BMT Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü ilə bağlı gedişatı yaxından izləyir.
“Bilirsiniz, biz bu görüşü yaxından izləyirik. Təhlükəsizlik Şurasına üzv dövlətlər arasında istənilən danışıq kritik əhəmiyyət kəsb edir. Görək, bu görüş nə nəticə verəcək”, – deyə ofisdən bildirilib.
Qeyd edək ki, iki ölkənin nümayəndə heyətləri arasında görüş 18 fevralda Səudiyyə Ərəbistanında keçiriləcək.
Aysel Əliyeva
Globalinfo.az














