Blinken “Taxıl dəhlizi”inin yenidən fəaliyyətinə görə Türkiyəyə təşəkkür edib

Blinken “Taxıl dəhlizi”inin yenidən fəaliyyətinə görə Türkiyəyə təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, Tərəflər Ukraynadakı son hadisələri, xüsusilə də “Taxıl dəhlizi”ni müzakirə edib.

Çavuşoğlu Türkiyənin taxıl sazişinin problemsiz işləməsini təmin etmək üçün göstərdiyi təşəbbüslər Blinkenə məlumat verib.

ABŞ dövlət katibi Türkiyənin təşəbbüsləri nəticəsində “Taxıl dəhlizi”nin yenidən fəaliyyətə başlaması üçün təşəkkürünü bildirib.

Görüşdə Finlandiya və İsveçin NATO üzvlüyü və Türkiyənin F-16 aviabazasının modernləşdirilməsi də gündəmdə olub.