Blinken Bayramov və Mirzoyanla görüşəcək – “Son mərhələ” nədir?

Blinken Bayramov və Mirzoyanla görüşəcək - “Son mərhələ” nədir?

Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, 26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

***12:26

ABŞ dövlət katibi Entoni Blinkenin sabah Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqlarının “son mərhələsi” çatdırmaq üçün görüşü gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbə TURAN-ın Vaşinqton müxbirinə bildirib.

Bununla belə, “son mərhələnin” nədən ibarət olduğunu və nəticəsinin necə olacağı hələ də bəlli deyil. Dövlət Departamentidə bununla bağlı hər hansı şərh verməyib.

Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün hazırda Nyu-Yorkdadırlar.

Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacaq.

Dövlət Departamentinin sözçüsü Metyu Miller TURANın Vaşinqton müxbirinə bildirib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana “mümkün olan istənilən yolla”, “faydalı olarsa, yeni görüşün təşkil edilməsi  də daxil olmaqla” dəstək vermək niyyətindədir.

Miller gündəlik brifinqdə deyib: “Biz hər iki ölkənin davamlı və layiqli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik”.

Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı “alqışlayıb”.