“Qəzzada atəşkəsə məcbur etmək üçün Sinvarın ölümündən istifadə etmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahuya çağırış edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Qəzzada atəşkəsə nail olmaq üçün Həmas Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsindən istifadə olunmalıdır.
Danışıqlar zamanı Blinken Fələstin ərazisinə daha çox humanitar yardımın buraxılmasını təmin etmək üçün Netanyahuya təzyiq göstərib.
“Blinken girovların azad edilməsini təmin etmək və Qəzzada münaqişənin həllinə nail olmaq üçün Sinvarın aradan götürülməsindən istifadə etməyin vacibliyini diqqətə çatdırıb. Həmçinin Qəzzanın hər yerində mülki şəxslərə humanitar yardımın çatdırılmasını təmin etməyin vacibliyini vurğulayıb”, – deyə Miller vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














